20 Sentyabr 2019
49 milyon insanın şəxsi məlumatları oğurlandı
49 milyon insanın şəxsi məlumatları oğurlandı DÜNYA 21:31 2019-05-21

49 milyon instaqram istifadəçisinin gizli məlumatları, şifrələri bir internet saytında tapılıb.

Unikal.org xəbər verir ki, bu saytda bir çox məşhurun və brendlərin şəxsi hesabları var.

Üstəlik, bu saytda məlumatları əldə etmək üçün şifrəyə ehtiyac yoxdur. Yayılan şəxsi məlumatlar arasında profil şəkilləri, izləyici sayı, elektron poçt ünvanları, telefon nömrələri, hətta istifadəçilərin yaşadığı şəhərlər barədə məlumatlar var.

Kibercinayətkarlıqla mübarizə üzrə mütəxəssis Anurag Sen araşdırma aparıb və məlum olub ki, gizli məlumatların toplandığı sayt Hindistanın Mumbay şəhərində yerləşən sosial media marketinq şirkətinə aiddir.

İnstaqram isə məsələ ilə bağlı açıqlama yayıb. Şəxsi məlumatların instaqram, yoxsa başqa mənbələrdən əldə edilməsinin araşdırılacağını bildirib.