Piylənmədən əziyyət çəkən məşhur maneken arıqlayıb podiumlara qayıdır. 

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, evləndikdən sonra keçmiş model Ceyda Nergiz 107 kq-a qədər çəki almış və modelliyin daşını atmağa məcbur olmuşdu. 

İki uşaq dünyaya gətirən C.Nergiz hamiləliyi dövründə çox yediyi üçün artıq çəki almağa başlayıb. Artıq çəkiləri üzündən həyatı zindan olan Ceyda Nergiz bel və diz ağrıları səbəbindən yataqdan qalxa bilməz hala gəlib. 

Arıqlamaq üçün hər yola əl atan keçmiş modellə dietlər də təsir etməyib. 107 kq olan C.Nergiz bundan sonra "Obezite" (piylənmə) xəstəliyinə görə  əməliyyat olunmağa qərar verib. O qısa müddətdə arıqlayıb, 80 kq-a düşməyi  bacarıb. 

Ceyda Nergiz arıqlamasıyla bağlı belə açıqlama verib:

"Əməliyyat sonrasında həm səhətim, həm də əhvalım düzəldi. Studiyada foto çəkilişlərim tamamlandı. Həm manekenlik, həm də akrtisa kimi təkliflərə hazıram". 

Qeyd edək ki, izmirli maneken və fotomodel Ceyda Nergiz hələ 13 yaşında olarkən "Şafak Fişek Manekenlik Agentliyində işə başlayıb. O həmin agentlikdə uşaq maneken və fotomodel kimi çalışıb.Daha sonra isə Avropa ölkələrində manekenlik etməyə başlayıb.