Bakının Nəsimi rayonu ərazisində, Moskva Univermağının yanında bıçaqlanma hadisəsi baş verib.

Unikal.org-un məlumatına görə,  Azad Həmidli adlı 21 yaşlı gənc naməlum şəxsin bıçaqlı hücumuna məruz qalıb. 

Yaralı dərhal 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. O qarın divarının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə əməliyyat olunub.