İspaniyanın “Sevilya” klubu baş məşqçisi Xoakin Kaparossla yolları ayırıb.

Unikal.org xəbər verir ki, bu barədə La Liqa klubunun rəsmi saytı məlumat yayıb.

63 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Amma Kaparros “Sevilya”dan ayrılmayacaq və klubdakı fəaliyyətini davam etidrəcək. Onun idman dirketoru Monçi ilə birgə çalışacağı açıqlanıb.

Qeyd edək ki, Kaparros bu ilin martından “Sevilya”nı çalışdırırdı.