Sərnişin avtobusu ilə minik avtomobili toqquşub. Hadisə Türkiyənin Kırıkkale şəhərində baş verib. 

Unikal.org-un Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, toqquşma nəticəsində 8 nəfər xəsarət alıb.

Məlumata görə, hadisə yerinə çox sayda təcili yardım maşınları cəlb edilib. Xəsarət alanlar ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanalara aparılıb.