Neftçala rayonunda baş vermiş qəzada xəsarət alanların kimliyi məlum olub.

Unikal.org-un məlumatına görə, Neftçalada mikroavtobusla yük avtomobilinin toqquşması nəticəsində 4 nəfər ölüb, iki nəfər isə ağır vəziyyətdə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan Trend-ə verilən məlumata görə, hazırda hər iki yaralının vəziyyəti ağırdır və onlar reanimasiya şöbəsinə yerləşdiriliblər. Onlar 1991-ci il təvəllüdlü Hümbətzadə Şiraz Mürsəl oğlu və 1998-ci il təvəllüdlü Əsgərzadə Çinarə Mehdi qızıdır.

Hər iki xəstə kəllə-beyin travması, alt çənənin sınığı və bədənin müxtəlif nahiyələrindən xəsarətlər alıb.

Xəstəxanadan qeyd olunub ki, bir müddət müalicə aldıqdan sonra xəsarət alanların Bakıya göndərilmə ehtimalı da var.

Hadisə ilə bağlı araşdırma aparılır.