Avroliqanın final oyunlarını izləmək üçün Bakıya gəlməyə hazırlaşanlardan bəziləri biletlərin bir hissəsindən imtina etməyi planlaşdırır.

Unikal.org xəbər verir ki, bu barədə "The Times" nəşri məlumat yayıb. Məlumata görə, "Arsenal" və "Çelsi" 6 mindən çox bileti geri qaytarmaq niyyətindədir. 

UEFA hər kluba 5800 bilet ayırsa da, "Arsenal" tərəfi onlardan 3500-ünü, "Çelsi" isə 2000-i satmağı bacarıb. Həmçinin qurumun sponsorlar üçün ayırdığı 2000 biletin də geri qaytarılacağı deyilit. İmtinaların səbəbləri qismində uçuşların az, məsafənin uzaq olmasıdır. Həmçinin iddiaya görə, vətəndaşlar viza problemləri ilə qarşılaşıb. 

Geri qaytarılan biletlərin azərbaycanlı azarkeşlər üçün yenidən satışa çıxarılacağı gözlənilir.

Qeyd edək ki, "Çelsi" və "Arsenal" arasında oynanılacaq final matçı Bakı Olimpiya Stadionunda mayın 29-da  baş tutuacaq.