Tərtər rayonunda keçmiş məhkumdan çətənə kolları götürülüb.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib. 

Bildirilib ki, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Sarıcalı kənd sakini Eldar Əliyevin həyətyanı sahəsinə baxış keçirilən zaman yetişdirdiyi 9 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilərək götürülüb. 

E.Əliyev əvvəllər də məhkumluq həyatı yaşayıb. Faktla bağlı araşdırmalar davam etdirilir.