Zuhal Topalın təqdim etdiyi izdivac verilişindən tanınan azərbaycanlı iştirakçı Naz Mila nikah masasına oturub.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, bu haqda İnstaqram hesabında paylaşım edib.

"Evlənə bilməzsən" dedilər, evləndim. Həm də, məni sevən, bir dediyimi iki etməyən və aşiq olduğum adamla. Sənin kimi bir ərim olduğu üçün çox xoşbəxtəm" deyə, o, paylaşımda yazıb.

Qeyd edək ki, Naz bir müddət öncə əri Gürkan ilə birlikdə fotolarını paylaşaraq sevgisini elan etmişdi.