Göyərtəsində bomba olduğu güman edilən təyyarə məcburi eniş etdi

Unikal.org xəbər verir ki,  İspaniyanın “Vueling” aviaşirkətinin təyyarəsi Barselona hava limanında məcburi eniş edib.

Buna səbəb göyərtəyə bomba qoyulması ilə bağlı xəbərdarlıq olub.

Qeyd olunur ki, təyyarə Parisdən İbisa kurortuna uçuş həyata keçirirmiş.

Təyyarə eniş etdikdən sonra sərnişinlər və heyət üzvləri təxliyə olunub və təyyarədə axtarış aparılıb.

Xəbərdarlığın əsassız olduğu məlum olub. Hazırda məlumatın mənbəyi ilə bağlı araşdırma aparılır.