Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) mayın 29-da Bakıda keçiriləcək final oyunu ilə əlaqədar "Arsenal" klubuna xəbərdarlıq edib. 

Unikal.org xəbər verir ki, bu barədə “The Mirror” nəşri məlumat yayıb.
Bildirilib ki, xəbərdarlığa əsasən, "Arsenal"ın tərəfdarları Bakıda UEFA-ya qarşı aksiya keçirsələr, London klubu mənfi reaksiya ilə qarşılaşacaq. 

Nəşrin yazdığına görə, qitə futbol qurumu londonlu fanatların Henrix Mxitaryana görə etiraz edəcəyindən və UEFA əleyhinə bannerlər açacaqlarından ehtiyat edir. 

Qeyd edək ki, erməni futbolçu H. Mxitaryan Azərbaycanın təhlükəsizlik zəmanəti verməsinə baxmayaraq, Bakıya gəlməkdən imtina edib.