Bu gün gənclər və idman  naziri  Azad  Rəhimov  Masallı rayonunda Masallı, Cəlilabad, Yardımlı rayonlarından  olan vətəndaşları  qəbul  edib. Ümumilikdə, qəbulda 10  nəfər  vətəndaş  iştirak  edib.

Unikal.org xəbər verir ki, müraciətlər Olimpiya  İdman  Komplekslərinin, Gənclər evlərinin, eyni  zamanda,   digər  idman  qurğularının  tikintisi  və  təmiri, onların idman  avadanlıqları ilə təmin olunması, yeni  UGİM,  QHT-lərin    yaradılması,  fəxri adların və məşqçilik dərəcələrinin verilməsi  ilə bağlı  olub.

Müraciətlərin  bir  qismi  yerindəcə  həll  edilib , nazirliyin  səlahiyyətlərinə  aid olmayan müraciətlərin  isə qeydə alınaraq aidiyyəti   istiqamətlər üzrə  göndəriləcəyi  bildirilib.  Bir  qismi  isə  baxılması  üçün  icraya  yönəldilib.