Ağstafa rayonunda mayın 23-də bir gün ərzində 15 yaşlarında olan 4 hamilənin  Ağstafa Rayon Mərkəzi Xəstəxanasına daxil olduğu bildirilir.

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Ağstafa Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Leyla İsayeva bildirib ki, yayılan məlumat həqiqəti əks etdirmir:

"Rayonun prokuroru, Səhiyyə şöbəsinin müdiri, Doğum Şöbəsinin müdiri ilə  əlaqə saxlamışıq .Belə bir məsələnin olub-olmadığını soruşmuşuq. Bütün dövlət qurumlarının rəhbərliyi səviyyəsində bildirilib ki, Ağstafa rayonu ərazisində belə hadisə baş verməyib".

Famil Fərhadoğlu