Space Tv-də Amil Xəlilin verilişində növbəti müəmmalı ölüm hadisəsi işıqlandırlıb.

Unikal.org xəbər verir ki, "Gəl dərdini danış" verilişinə ailəsi ilə müraciət edən Nurlan sinif yoldaşını öldürmədiyini bildirib. Belə ki, dərs zamanı müəllim sinifdə olmayıb. Sinifdən gedən biologiya müəllimi Araz bəy uşaqları Nurlana tapşırır. Nurlan da sakit olmayan uşaqları tənbeh edərkən Elgünlə mübahisə edir. Əsəbləşən Nurlan Elgünə zərbə vurur və Elgün ölür. Ailə iddia edir ki, Nurlan onu yavaş vurub və o zərbə ilə Elgün ölə bilməzdi. Lakin məhkəmə qətnamələri ilə tanış olan ekspertlər və aparıcı bu işdə müəmmalı ikinci hadisənin də olduğunu vurğulayıb. 
Verilişdə çıxış edən Nurlanın anası Elgünün anasına səsləni.  Daha sonra Nurlan da Elgünün anasına səslənib "Mən eləməmişəm. Günahım yoxdur. Mən Elgünü çox istəmişəm..." 

Qeyd edək ki, Amil Xəlilin «Gəl dərdini danış» verilişinə çıxan ailə işin ədalətli aparılmasını da xahiş edib.