Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, 121 saylı Laçın seçki dairəsindən deputat seçilmiş Mahir Abbaszadə parlamentdə növbəti dəfə seçiciləri ilə görüşüb.

Unikal.org xəbər verir ki, deputat təmsil etdiyi dairədə yaşayan vətandaşları ayrı-ayrılıqda qəbul edib.

Görüşdə M.Abbaszadə ona ünvanlanan sualları cavablandırıb və onları narahat edən məsələləri dinləyib. Müraciət edən insanların problem və təkliflərini, eyni zamanda zəruri olan sənədləri qəbul edən Mahir Abbaszadə bütün müraciətləri nəzarətdə saxlayacağını bildirib.

Millət vəkili qeyd olunan məsələlərin həllinə köməklik göstərəcəyini bildirib. Qeyd edək ki,bir sıra məsələlər yerindəcə öz həllini tapıb.