Yaponiyanın İmperatoru Naruhito Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Unikal.org xəbər verir ki, təbrik mətnində deyilir:  

"Zati-aliləri.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

Sizə xoşbəxtlik, ölkənizin xalqına isə rifah arzulayıram".