2 gün əvvəl Yevlax rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən tələbənin fotosu yayılıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, Mingəçevir Turizm Kollecinin “Mühasibat uçotu” ixtisası üzrə qiyabi təhsil alan birinci kurs tələbəsi 1998-ci il təvəllüdlü Ağdaş rayon sakini Musayeva Səadət Məzahir qızı aldığı ağır xəsarətlərdən Mingəçevir şəhər Mərkəzi xəstəxanasına aparılarkən yolda keçinib. Dünyasını dəyişən tələbə doğulub böyüyüb başa çatdığı Ağdaş rayon Qaradeyin kəndində torpağa tapşırılıb.