26 İyun 2019
25 İyun 2019
Əli Əhmədov: “AXC qurucuları bu gün sağ olsaydılar bugünkü müstəqil Azərbaycanla fəxr edərdilər"
Əli Əhmədov:“AXC qurucuları bu gün sağ olsaydılar bugünkü müstəqil Azərbaycanla fəxr edərdilər" SİYASƏT 13:15 2019-05-25

"Bu gün Azərbaycan dünyada iqtisadiyyatı sürətlə inkişaf edən ölkələrdəndir. Əhalinin sosial rifahinin yaxşılaşdırılması istiqamətində çox böyük işlər görülüb".

Unikal.org xəbər verir ki, bunu Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov 28 May - Respublika günü münasibəti ilə keçirilən çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması ilə Azərbaycanın gələcəkdə müstəqillik qazanması üçün baza meydana gəlmiş olub: "Azərbaycan Respublikası AXC-nin varisidir. AXC qurucuları bu gün sağ olsaydılar bugünkü müstəqil Azərbaycanla fəxr edərdilər".

Baş Nazirin müavini qeyd edib ki, Azərbaycanın diplomatik sferada nailiyyətləri qürur duymaq üçün kifayət qədər əsas verir: "Dövlətimiz digər xarici ölkələrdə uğurlu diplomatik əlaqələr qurub. Azərbaycandakı təhlükəsizlik və əmin-amanlıq xüsusi vurğulanmalıdır. Bunu xalqımız da görür. Azərbaycan dünyada sabitlik adası kimi tanınır. Azərbaycan Heydər Əliyev ideyaları əsasında daha da güclənir, ölkəmiz günü-gündən inkişaf edir".