Azərbaycan Prezidenti İlham Əliyev İndoneziyanın Prezidenti Coko Vidodoya təbrik məktubu göndərib.

Unikal.org xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

İndoneziya Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə İndoneziya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost İndoneziya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm”.