Hollivudun məşhur prodüseri Harvi Vaynşteyn uzun müddətdir ki, bir çox qadın tərəfindən təcavüzdə günahlandırılır.

Unikal.org xəbər verir ki, prodüseri məhkəməyə verənlər qalib gəliblər. "The New York Times" məlumat verir ki, şikayətçilərin istəyi Harvinin 44 milyon dollar təzminat ödəməsidir.

Qeyd edək ki, 2017-ci ildə içərisində məşhur simaların da yer aldığı 80 qadın Vaynşteynin onlara təcavüz etdiyini deyərək, məhkəməyə şikayət edib. Məsələ ilə bağlı yekun məhkəmə sentyabrda baş tutacaq.