İran Milli Məclisindəki sünni millət vəkilləri ölkənin Ali dini lideri Əli Xameneiyə məktub göndəriblər.  Məktubda dövlət televiziyasında sünnilərə qarşı edilən təhqirlərlə bağlı tədbir görülməsini tələb edilib.

Unikal.org xəbər verir ki, sözügedən məktubda Həsən peyğəmbərin doğum günü üçün təşkil edilən və dövlət televiziyasında canlı yayımlanan proqramda müsəlmanlara qarşı təhqiredici ifadələrin işlədildiyi qeyd edilib.

Məktubu 17 sünni millət vəkilinin imzalayıb.