Rusiya Federasiyasının Dağıstan Respublikasında zəlzələ olub.

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, zəlzələ nəticədə Buynaksk şəhərində beş məktəb, uşaq bağçası və gimnaziyanın yerləşdiyi binalar ziyan görüb. Şəhər ətrafında yerləşən qəsəbələrin birində 20 fərdi ev də ziyansız ötüşməyib.

Sosial şəbəkə yerli sakinlər evlərinin bərbad vəziyyətə düşdüyü vəziyyəti əks etdirən foto və videolar paylaşıblar.

Qeyd edək ki, Buynakskda mayın 24 və 25-də baş vermiş zəlzələ nəticəsində tələfat yoxdur.