Bu gün futbol üzrə Avropa çempionatının B qrupunda bir oyun keçirilib.
Unikal.org-un məlumatına görə, Lansın "Bollar Delelis" stadionunda İngiltərə və Uels yığmaları qarşılaşıb.
Azarkeşlər ilk hissənin sonuna 3 dəqiqə qalmış qol görüb. Uelsin heyətində Qaret Beyl cərimə zərbəsindən topu Co Hartın qoruduğu qapıdan keçirib. İlk 45 dəqiqə bu hesabla da başa çatıb.
İkinci hissədə isə İngiltərə yığması aktivlik nümayiş etdirib. 56-cı dəqiqədə Ceyms Vardi, oyuna əlavə olunmuş vaxtın 2-ci dəqiqəsində isə Deniyel Sturric rəqib qapısına yol tapıb. Oyun İngiltərənin 2:1 hesabı ilə başa çatıb.
Bu nəticə ilə İngiltərə 4 xalla B qrupunun lideri olub. Uels və Slovakiya yığmaları hərəyə 3 xalla 2 və 3-cü pillələri bölüşürlər. Rusiya 1 xalla qrup sonuncusudur.