Azərbaycanın Xalq şairi, 82 yaşlı Musa Yaqub səhhətində yaranan problemə görə bu gün İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Unikal.org xəbər verir ki, şair xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda onun xəstəxanada müalicəsi davam etdirilir. Qeyd edək ki, M.Yaquba ötən gün Xalq şairi fəxri adı verilib.