72-ci Kann Film Festivalında “Qızıl Palma” mükafatı sahibinə təqdim edilib.

Unikal.org festivalın builki qaliblərinin adlarını təqdim edir:

“Qızıl Palma” sahibi – “Parazitlər”, Pon Çjun Ho (Cənubi Koreya)

Qran-pri – “Atlantika”, Mati Diop (Fransa)

Ən yaxşı rejissor – Dardenn qardaşları, “Gənc Əhməd” (Belçika)

Ən yaxşı senari – Selin Skyamma, “Alov içində gənc qadının portreti” (Fransa)

Ən yaxşı aktyor – Antonio Banderas, “Ağrı və şöhrət” (İspaniya)

Ən yaxşı aktrisa Emili Biçem, “Körpə Co” (Avstriya, Almaniya, Bpyük Britaniya)