15 Oktyabr 2019
14 Oktyabr 2019
Nazir Vladimir Qyorqiyevi qəbul edib
Nazir Vladimir Qyorqiyevi qəbul edib CƏMİYYƏT 12:13 2019-05-30

Mayın 30-da Ekologiya və Təbii Sərvətlər Nazirliyində Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev ilə görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindən Unikal.org-a verilən xəbərə görə, nazir Muxtar Babayev Vladimir Qyorqiyevi qəbul edib və görüş zamanı Azərbaycan ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasında ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparılıb. Bununla yanaşı, tərəflər arasında əməkdaşlığın perspektivləri müzakirə edilib.