Şəkidə 10 yaşlı uşağı it dişləyib.

Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, iyunun 16-sı saat 20:30 radələrində rayonun Baltalı kənd sakini, 2006-cı il təvəllüdlü Yusif Asif oğlu Adıgözəlli it dişləməsi xəsarəti ilə xəstəxanaya daxil olub.
Həkim müayinəsi zamanı məlum olub ki, 10 yaşlı Y. Adıgözəllinin sağ ayağının pəncə və baldır nahiyəsindən it dişləyib. 

Y. Adıgözəlliyə lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra evə buraxılıb.