Azərbaycanda uşaq bağçasında müəllim uşaqları təhqir edib.

Unikal.org xəbər verir ki, bnunla bağlı videonu Aynur Şahkərimova adlı xanım sosial şəbəkədə paylaşıb.

O video barədə bunları yazıb: "Zığda bağça müəlliməsi valideynlərin qrupuna şəkil atmaq istərkən səhvən videoya sıxıb, özü də bilmədən bu dəhşətli, söyüşlü, təhqirli davranış üzə çıxıb. Bir cəza verilibmi?? Bəs necə, cəzasız olarmı??? Xanıma sadəcə töhmət elan edilib.

Biri bu gün "uşaqların hüquqlarının müdafiəsi günü”mü dedi?? Elədirsə, bu videoyla təbrik edirəm, mübarək olsun!”