Böyük Britaniyanın baş naziri Tereza Mey hakim Mühafizəkarlar Partiyası liderliyindən istefa verdiyi barədə partiyanın rəhbər komitəsini məlumatlandırıb.

Unikal.org  RİA “Novosti”yə istinadən xəbər verir ki, T.Mey istefa verəcəyini may ayının sonunda açıqlamışdı.

O, bu addımı təqdim etdiyi yenilənən “Brexit” sazişi layihəsindən narazı qalan partiya üzvlərinin, o cümlədən hökumət nümayəndələrinin təzyiqi ilə atıb.