"Arsenal"ın türk futbolçusu Məsut Özil "Miss Turkey 20114" müsabiqəsinin qalibi, aktrisa Aminə Gülşə ilə evlənib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xanımı ilə birlikdə nikah mərasiminə qatılıb.

O, futbolçunun nikah şahidi olub. Prezident cütlüyə xeyir-dua verib, birlikdə şəkil çəkdirib.