Respublika ərazisində taxıl biçini davam edir. Bu il Azərbaycan ərazisində 1 009 139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677 793 hektarı buğda, 331 346,8 hektarı arpa sahəsidir.

Bu barədə Unikal.org-a Azərbaycan Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

İyunun 8-nə olan operativ məlumata görə, ölkə ərazisində 147 489 hektar ərazidə taxıl biçini aparılıb, 144 499,5 hektar ərazidə arpa, 2 990,2 hektar ərazidə buğda biçini başa çatıb. Ümumilikdə bu günədək ölkə üzrə 436570,5 ton taxıl istehsal olunub, orta məhsuldarlıq hər hektara 29,6 sentner təşkil edir.

Kürdəmir rayonunda arpa biçini başa çatmaq üzrədir. Rayon ərazisində arpa əkilmiş 29 926 hektar sahənin 27 960 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 33,3 s/ha təşkil edir. Neftşala, Şəki, Biləsuvar və Sabirabad rayonlarında da arpa biçinində yüksək nəticələr əldə edilib:

Rayon

Arpa sahəsi, ha

Biçilmiş sahə, ha

Məhsuldarlıq, s/ha

Neftçala

31404

22670

23,1

Şəki

21626,3

9600

34

Biləsuvar

14900

11350

29

Sabirabad

9600

7500

38,8

Digər rayonlarda da arpa biçini qrafikə uyğun davam etdirilir.

Ölkə üzrə taxıl biçininə 1340 kombayn cəlb olunub. Bunlardan 506-sı “Aqrolizinq” ASC-nin balansında olan kombaynlardır. Arpa biçininə cəlb olunan digər kombaynlar isə fiziki və hüquqi şəxslərə məxsusdur. “Aqrolizinq” ASC-nin kombaynları ilə 61695 hektar, fiziki və hüquqi şəxslərdə olan kombaynlarla 85794 hektar sahə biçilib.