İngiltərənin “Tottenhem” klubu futbolçusu Mişel Vormla yollarını ayırıb.

Unikal.org xəbər verir ki, 35 yaşlı qapıçının müddəti bitən müqaviləsi yenilənməyib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

2014-cü ildən “Tottenhem”də çıxış edən Vorm, London təmsilçisi ilə 47 oyuna çıxıb.