Abşeron sakini su hovuzunda çimərkən ehtiyatsızlıqdan aldığı xəsarət nəticəsində ölüb.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə Novxanı qəsəbəsində baş verib.

Belə ki, 1984-cü il təvəllüdlü Əhmədov Azad Albert oğlu Novxanı bağları massivindəki həyətyanı sahəsində, ikinci mərtəbədən su hovuzuna tullanan zaman başı hovuzun kənarına çırpılıb. Yaralı 3 sayli Kliniki Tibbi Mərkəzə aparılarkən yolda dünyasını dəyişib.