Bu gün axşam saatlarında Zaqatala rayonunun Dardoqqaz kəndinin inzibati ərazisində rayon sakini Bayram Əli oğlu Abdullayevin idarə etdiyi traktorun içərisində quru otla dolu olan qoşqusunda yanğın baş verib. 

Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafisə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib. 

Yanğın zamanı traktorun qoşqusunda olan 2 tondan çox quru ot kütləsi qoşqudan kənarlaşdırılaraq traktorun yanmasının qarşısı alınıb. Yanğın zamanı xəsarət alan
olmayıb.

Faktla bağlı araşdırma aparılır.