Bu gün UEFA Millətlər Liqasının final qarşılaşması keçiriləcək. 

Unikal.org xəbər verir ki, "dördlər finalı"nın həlledici matçında A divizionunun qrup qalibləri - Portuqaliya və Hollandiya millisi qarşılaşacaq. 

Görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. 

Qeyd edək ki, bu matçdan əvvəl - saat 17:00-da üçüncülük uğrunda İsveçrə - İngiltərə oyunu baş tutacaq.