Bakıda bir müddət əvvəl baş vermiş dəhşətli qəzanın görüntüləri təhlükəsiz şəhər kameralarına düşüb. 

Unikal.org Avtosfer.az-a istinadla xəbər verir ki, Hava limanı istiqamətində, Sabunçu körpüsünün üstündə əvvəlcə sıxlıq yaranır.

Ardınca sıxlıqda zolağı dəyişmək istəyən avtomobilə arxadan gələn VAZ 21 99 markalı maşın çırpılır. Eyni anda 7 avtomobil zərbənin nəticəsində bir-birinə dəyir. Onlarda ikisi aşır.

Bu cür qəzalara səbəb sürücülərin vəziyyəti düzgün qiymətləndirməməsi, ara məsafəsi və sürət həddinin qorunmamamsıdır. Həmçinin tələsərək digərinin yoluna çıxmaq da analoji qəzaların əsas səbəbidir.