"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti Rusiyanın "Metrovaqonmaş" zavodundan aldığı 10 vaqondan ibarət iki yeni qatarı Bakıya gətirib.

Unikal.org xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, müasir tipli 2 qatar tərkibi artıq Bakıdadır: "Qatarlar hazırda təhvil-təslim olunur. İyunun 11-də hər iki qatar tərkibi DEPO-ya daxil olacaq. Qatarlar sazlama və sınaq işlərindən sonra xəttə buraxılacaq".

B.Məmmədov bildirib ki, gələn aydan etibarən daha 4 qatar tərkibi-20 yeni vaqon Bakıya gətiriləcək. İlin sonuna qədər həmin vaqonlar da xəttə buraxılacaq.