Antalyada hotellərin birində yanğın baş verib.

Unikal.org-un məlumatına görə, yanğın Kəmərdəki hoteldə qeydə alınıb.

Məlumata görə, yanğın hotelin SPA mərkəzində başlayıb. Yanğından dərhal sonra hoteldən 100-dən çox turist təxliyə edilib.

Xəsarət alanın olmadığı bildirilir. Bununla belə əcnəbi turistlərin təşviş keçirdikləri qeyd edilir.

Yanğının hansı səbəbdən baş verməsi dəqiq məlum deyil.