Sumqayıtda qətl hadisəsi baş verib.

Unikal.org Trend-ə istinadən xəbər verir ki, Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Cəfərov Faiq Füzuli oğlu Sumqayıt şəhəri ərazisində naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə Bakı şəhəri, 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. F.Cəfərov aldığı xəsarətdən xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.