Gürcüstanın Marneuli rayonunun Daştəpə kəndində sakinlər yetişdirdikləri məhsulu sata bilmədiklərinə görə etiraz aksiyası keçiriblər.

Unikal.org  xəbər verir ki, bu barədə “Rustavi 2” televiziya kanalının hazırladığı süjetdə bildirilib.

Sakinlərin sözlərinə görə, Gürcüstana xarici ölkələrdən böyük həcmdə pomidor idxal olunduğundan onların məhsulu 20 tetriyə belə satılmır.

Kənd sakini Tamaz Məmmədov deyib ki, məhsulun yetişdirilməsi üçün bankdan kredit götürüb: “Məhsulumuz satılmadığından xarab olur. Hökumət bu məsələyə diqqət göstərməsə, Marneulidə magistral yolu bağlayacağıq”.

Məhsul istehsalçıları etiraz əlaməti olaraq çoxlu sayda pomidoru ayaq altına ataraq məhv ediblər.