İşğal altında olan Qarabağda qanunsuz dislokasiya olunan Ermənistan ordusunun bölmələrindən birində ölüm faktı qeydə alınıb. 

Unikal.org Ordu.az-a istinadən xəbər verir ki, bu gün, saat 17:05 radələrində, Qarabağın şimal istiqamətində yerləşən hərbi hissələrdən birinin döyüş mövqeyində təxribata cəhd edən 1999-cu il təvəllüdlü hərbi qulluqçu Artyom Vazgen Xaçatryan məhv edilib. 

Faktla bağlı araşdırma aparılır.