"Bizimləsən"ə müraciət edən qadın 19 yaşlı qızının ötən ayın axırında evdən qaçdığını bildirib.

Unikal.org Milli.Az-a istinadən xəbər verir ki, Ramazan ayına təsadüf etdiyi üçün həmin vaxt qızının oruc tutduğunu bildirən qadın, axşam işdən 11-in yarısı evə gələndə onun yazdığı məktubla qarşılaşdığını bildirib:"Stolun üstündəki kağızı açıb oxuyanda şoka düşdüm. Kağızda iki cümlə yazıb: "Özünüzə yaxşı baxın. Sizi çox istəyirəm".

Paltarlarını çemodana yığıb gedib. Şəxsiyyət vəsiqəsini də özü ilə aparıb. Evdən 1500 manata qədər pul da götürülüb".