Bakı Dairəvi-1 avtomobil yolunun Yasamal rayonu ərazisindən keçən hissəsində iki maşının toqquşması ilə nəticələnən qəza baş verib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, 1952-ci il təvəllüdlü Məzahir Tağıyev İlyas oğlu xəsarət alıb.

Yaralı 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Ona döş qəfəsinin küt travması diaqnozu qoyulub və ambulator müalicəyə buraxılıb.