Səhər saatlarında Bakı-Sumqayıt yolunda yanğının meşə zolağına keçməsinin qarşısı alınıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) unikal.org-a verilən məlumata görə, Abşeron rayonu ərazisində, Bakı-Sumqayıt yolunda 2000 kv.m sahədə quru ot və kol-kos sahəsində yanğın baş verib. Hadisə yerinə dərhal FHN qüvvələri cəlb edilib və ərazidəki meşə zolağı yanğından mühafizə olunub.