Əcnəbi turistlərin kirayədə yaşadıqları mənzildən pul və mobil telefon oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, Xətai RPİ 37-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 11-də iki nəfər əcnəbi turistin kirayədə yaşadıqları mənzildən 3000 manat pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Qasımova saxlanılıb.