Tərtər rayonunun Qarağacı kəndində yanğın olub.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 48 m² olan talvarın yanar konstruksiyaları 40 m² sahədə və altına yığılan 2 ton ot bağlamasının 1 tonu yanıb. Talvarın, ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.