Bakının Sabunçu rayonunda 1 gün ərzində 10 nəfəri it dişləyib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, it dişləməsi nəticəsində xəsarət alan şəxslər 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. İyun ayının 15-də 10 nəfər eyni vəziyyətlə bağlı xəstəxanaya müraciət edib. Ümumilikdə 10 nəfərdən 4-ü uşaqdır.

İt dişləməsi nəticəsində xəsarət alan şəxslərə xəstəxanada yardım göstərilib.