İsmayıllıda yanğın qeydə alınıb.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, rayonun Sumağallı kəndində ümumi sahəsi 81 m² olan birmərtəbəli tikilinin (kafe kimi fəaliyyət göstərir) yanar konstruksiyaları yanıb.

Meşə ərazisi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.