Tallin-Vyana reysini həyata keçirən "Nordica" aviaşirkətinə məxsus təyyarə Estoniyanın paytaxtında məcburi eniş edib.

Unikal.org  "TASS"a istinadən xəbər verir ki, təyyarənin pilotu Riqa şəhərinin üzərindən keçərkən texniki nasazlıq səbəbindən Tallinin hava limanına qayıtmaq qərarını qəbul edib.

Bildirilir ki, sərnişinlər üçün heç bir təhlükə olmayıb. Tallində təyyarə əvəz edilib və sərnişinlər Vyana yola düşüblər.