Cəlilabad rayonunun Babalı kəndində yanğın olub. 

Unikal.org FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 105 m² olan talvarın yanar konstruksiyaları və talvarın altına yığılan 10 ton ot bağlamasının 7 tonu, yaxınlıqda olan ümumi sahəsi 72 m² olan talvarın yanar konstruksiyaları və talvarın altına yığılan 15 ton ot bağlamasının 5 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.